Sevgilisinin üstünə benzin tökərək yandırdı

Sevgilisinin üstünə benzin tökərək yandırdı
Bütün Xəbərlər
00:10 27.08.2013
1378

Bədəninin böyük hissəsi yanan 30 yaşlı qız xəstəxanada keçinib

Türkiyənin Antalya şəhərində sevilisinin üstünə benzin tökərək yandıran 37 yaşlı kişi həbs olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Antalyaya istirahətə gələn 37 yaşlı A.G-nin, 30 yaşlı Çilem Hülya Berkillə mübahisəsi yaranıb. Mübahisədən əsəbiləşən A.G, qızı zorla maşından aşağı salaraq maşının baqajından götürdüyü benzini qızın üstünə töküb, sonra da yandırdığı siqareti onun üstünə atıb. Sevgilisinin od tutaraq yandığını görən A.G, onu söndürməyə çalışıb. Bu zaman yoldan keçən vətəndaşlar avtomobilllərində olan yanğınsöndürənlə yanğını söndürməyə nail olublar. Bədənini böyük hissəsi yanan Hülya Berkil, təcili yardım maşını ilə Aralıq dənizi Universiteti Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə zamanı əlindən yaralanan A.G. isə Antalya Təhsil və Araşdırma xəstəxanasında ilk tibbi müdaxilədən sonra məhkəmə tərəfindən həbs olunub.

OXŞAR XƏBƏRLƏR