Sevil Sevinc bacıları: "Mahnı almaq üçün bankdan kredit götürdük" - VİDEO

Sevil Sevinc bacıları: "Mahnı almaq üçün bankdan kredit götürdük" - VİDEO
MAQAZİN
17:26 08.01.2018
2305
Müğənni Sevil Sevinc "Yalanım yox” adlı klipini təqdim ediblər.
 
AZXEBER.COM xəbər verir ki, əkizlər klip təqdimatında maraqlı fikirlər səsləndiriblər. 
 
Onlar bu sənətdə yalnız öz güclərinə hörmət və sevgi qazandıqlarını deyiblər: 
 
"Bu sənətdə külli miqdarda pul qoyan çox müğənni yoxdur. Bəzən deyirlər ki, bunlara pul buraxdılar qabağa getdilər. Bu fikir yalnışdır. Bir hörməti, sevgini hissə-hissə qazanmışıq. Bu sənətdə şans da önəmlidir.
 
Bacılar deyib ki, ilk dəfə mahnı alarkən bankdan kredit götürüblər: "Nurlan Təhməzlidən ilk mahnını almaq üçün bankdan kredit götürdük. 3 min dollar Nurlana verib, mahnını aldıq. Sonra iki müddətində həmin pulu ödədik. Bunu ailəmiz belə bilmədi".
 
Sevil Sevinc kliplərə az pul xərcləmə səbəbini də açıqlayıblar: "Səbəb odur ki, 15 min dollar xərc çəkdik. Amma belə başa düşdük ki, nəticə həmin nəticədir. Yalnız fərq odur ki, mediaya deyəsən, bu klipə bu qədər pul ayırmısan. İkisi də eyni nəticə verir. Hazırlaşırıq ki, Londona gedək. Stilist Anarla birgə gedirik. O klip də elə də baha olmayacaq. Çünki bütün komandamızı yığıb aparacayıq.”
 
Klipdə müğənnilərin yarıçılpaq görünüşü də diqqətdən yayınmayıb: "Əslində çılpaq deyilik. Bodi geyinmişik. Bu klipi görən xanımlar bəyənməyəcək. Bəzən xanımlar bəzənən xanımlara qısqanclıq edirlər. Sosial şəbəkədə statiskadan da göstərik ki, izləyicilərimizin çoxu kişilərdir”
 
Həmin klipi təqdim edirik:
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 

 

 

 


OXŞAR XƏBƏRLƏR