Sevinc Babayevanın cənazəsi təyyarə ilə Bakıya göndərilib. Bu barədə məlumatı Türkiyənin “Doğan” xəbər agentliyi (DHA) yayıb. DHA-nın məlumatına görə, məhkəmə tibbi ekspertizasının meyidə keçirdiyi baxışdan sonra Babayevanın cənazəsi yerli vaxtla saat 22.50-də (Bakı vaxtıyla 00.50) Azərbaycan Hava Yollarına aid J2-078 səfər saylı təyyarə ilə Bakıya göndərilib. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva bir müddətdir Türkiyənin İstanbul şəhərində yaşayırdı və ürəyində yaranmış narahatlıq səbəbilə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.