Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticələri açıqlandı

Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticələri açıqlandı
SİYASƏT
16:58 24.09.2013
2940

ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayevanın ölümü ilə bağlı Azərbaycanda keçirilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Ekspertiza Şöbəsinin rəisi Ceyhun Allahverdiyev APA-ya açıqlamasında bildirib ki, Sevinc Babayevanın meyitindən götürülmüş nümunələrin 70%-i Türkiyədə müayinə edilib: “Bizə təqdim olunan nümunələr arasında meyitin əksər daxili orqanları, həmçinin ürəyi olmayıb, ağ ciyərlərin isə az bir hissəsi var idi. Əlimizdə olan orqanların müayinəsi zamanı Sevinc Babayevanın ölümünə ürək-damar çatışmazlığının səbəb olduğu müəyyənləşib”.

C. Allahverdiyev keçirilən ekspertiza zamanı S. Babayevanın zəhərlənməsi faktının da təsdiqlənmədiyini qeyd edib: “Zəhərlənmə faktının olub-olmamasını müəyyən etməkdən ötrü bütün materiallardan istifadə olunub. Müayinə zamanı insan orqanizmində mövcud olan kimyəvi maddələrin miqdarından artıq maddə aşkarlanmayıb”.

C. Allahverdiyev ekspertizanın nəticələrinin istintaq orqanına təqdim edildiyini bildirib.

Qeyd edək ki, S. Babayeva 2012-ci ilin dekabrında Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında dünyasını dəyişib. İstanbul Ədliyyə Tibb Baş İdarəsi tərəfindən keçirilən məhkəmə-tibb ekspertizasının nəticələrinə görə, S.Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı xəsarətlərin aşkarlanmayıb. Meyitin daxili müayinəsi zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb