Sevinc Babayevanın meyitinin ekspertizası ilə bağlı məlumat yayıldı

Sevinc Babayevanın meyitinin ekspertizası ilə bağlı məlumat yayıldı
Bütün Xəbərlər
21:18 29.12.2012
1341
Baş Prokurorluq Sevinc Babayevanın meyitinin ekspertizası ilə bağlı məlumat yayıb.AZXEBER.COM-un Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaş S. Babayevanın Türkiyənin "Medicana International İstanbul Hospital" xəstəxanasında vəfat etməsi ilə əlaqədar ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prokurorluğunun hüquqi yardım göstərilməsi haqqında vəsatəti əsasında onun meyiti İstanbul Ədliyyə Tibb İdarəsində Türkiyə hüquq mühafizə orqanları əməkdaşları və məhkəmə-tibb ekspertləri tərəfindən Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarının, eləcə də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələrinin iştirakı ilə məhkəmə-tibbi ekpertizası müayinəsindən keçirilib.Məlumata görə, ekspertizanın qarşısına S.Babayevanın ölümünə səbəb ola biləcəyi ehtimal olunan bütün fərziyyələr üzrə suallar qoyulub. Hazırda ekspertiza müayinəsi yekunlaşdırılıb və cənazənin Bakı şəhərinə göndərilməsi üçün müvafiq prosedur tədbirlər görülür.Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Türkiyəli həmkarları ilə birgə S.Babayevanın İstanbul şəhərində olduğu müddətdə yaşadığı ünvan müəyyənləşdirilib, həmin müddətdə onun ünsiyyətdə olduğu şəxslərin dairəsi dəqiqləşdirilməklə onların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri və digər prosessual hərəkətlər həyata keçirilir.Eyni zamanda araşdırmalarla müəyyən edilib ki, S.Babayeva 6-13 avqust 2012-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Kardiologiya şöbəsində "Kəskin ağ ciyər emboliyası" diaqnozu ilə müalicə olunub.Ekspertizanın nəticəsi barədə Türkiyə tərəfindən müvafiq cavab alındıqdan sonra həyata keçirilmiş araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
20:31 04.04.2026
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub