Yeni İldə uğur qazanıb, sevgi dolu anlar yaşamaq istəyən hər kəs “Sevindir və Xoşbəxt ol” xeyriyyə tədbirinə qatılacaq. 27 dekabrda “Four Seasons Hotel Baku”-da keçiriləcək tədbir övladlarınızı sevindirməklə yanaşı, bir xeyriyyə tədbirinin iştiraksına çevirəcək. Tədbirdən yığılan bütün vəsait ürək qüsurlu körpənin sağlam həyata qayıtmasına xərclənəcək.
“Uşaqların Xoşbəxt Gələcəyi” İB tərəfindən keçirilən tədbir balacaları əsl nağıl qəhrəmanı edəcək. Bir sıra maraqlı və əyləncəli anlarla yadda qalacaq tədbirdə Şaxta Baba, Qar qızı və animatorlar iştirak edəcək. Xeyriyyə tədbirinin aparıcıları Kamran Razmovar və Oleq olacaq. Biletlərin qiyməti 100 AZN (ana+uşaq). Ətraflı məlumat üçün 055 611 62 02 nömrəsinə zəng edin.
Qeyd edək ki, “Uşaqların Xoşbəxt Gələcəyi” İB-nin təşkilatçılığı ilə yüzlərlə ürək qüsurlu uşaq sağlam həyata qayıdıb. Bundan başqa İB bu yaxınlarda Yasamal qəbiristanlığında yaşayan ailəyə ev tikmək üçün bütün birlik tərəfdarlarını ətrafına toplamışdır.