Qalmaqallı açıqlamaları ilə diqqət çəkən aktrisa Könül Yusifqızı yenə öz ampluasındadır.
Açıqsözlü aktrisa bu dəfə həyat yoldaşı xəyanət edən qadınlara müraciət edib.
Niyəsini özünüz oxuyun:
"Ay xanımlar, siz allah kişilərinzin xətrinə dəyməyin, incitməyin.. Boşu-boşuna qısqanmayın. Əgər kişinizin hansısa qadınla gəzdiyini mesajlaşdığını bilsəniz, əsəbləşməyin, dava, müsibət etməyin, kişini pisikdirməyin. Nazıyla oynayın, başına dolanın, vallah. İndiki zəmanədə qadınla yazışan, görüşən, yatan kişi üz ağlığıdır, fəxr mənbəyidir. Sevinin, bəli-bəli, sevinin ki, kişinizin sevgilisi də qadındır. Sevinin ki, kişiniz xanıma meyillidir. Qadına meyilli kişinizə yağdan, baldan, qozdan yedirdin. Polad döyüldükcə bərkiyər. Belə kişiyə uzağı şorgöz, babnik deyəcəklər, təki desinlər.
Hansı xoş olar? Uşağınıza desələr, atan babnikdir, yoxsa atan rəngarəngdir?
P.S. Odur ki, sakitcə durun incitməyin kişiləri. Axı lap az qalıblar (gülür)".
///Milli.Az