"Səviyyəniz yalnız vitrində parlayan saxta zinət kimidir" - Mehindən qınaqlara cavab

"Səviyyəniz yalnız vitrində parlayan saxta zinət kimidir" - Mehindən qınaqlara cavab
MAQAZİN
14:54 15.04.2025
210
"Dünən bir verlişdə oldum. Bəziləri dedi: "Sənin kimi səviyyəli bir insanın orada nə işi var?" Mən bu cür yanaşmanı əsla qəbul etmirəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Mehin Hümbətova yazıb.
 
O, bəzi verilişlərə qatıldığı üçün onu qınayanlara cavab verib:
 
"Bəzi verlişlər var ki, onlar bizim cəmiyyətin güzgüsüdür. Biz nə qədər çalışsaq da özümüzə uyğun çərçivədən kənara çıxmayaq bu həqiqətləri dəyişmir. Bu verlişlər bizi narahat edə bilər, bəzən qəzəbləndirə də bilər amma reallıqları deyib, göldəki bir damla olmaqdan çəkinməməliyik. Reallıqla barışmadan onu dəyişmək mümkün deyil. Unutmayaq ki, aynanı qırmaqla üzdəki qüsurları gizlətmək olmur. Əgər bir insanın səviyyəsi həqiqətdən qorxursa, demək ki, o səviyyə yalnız vitrində parlayan saxta zinət kimidir!".
 
Aysel
OXŞAR XƏBƏRLƏR