Muğam ustası, xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov illər sonra ilk dəfə Ağdam rayonunun işğaldan azad olunan ərazilərinə səfər edib.
AZXEBER.COM xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi feysbuk səhifəsində bildirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilən səfər zamanı Bəxtiyar Məmmədov atasının məzarını ziyarət edib.
Qeyd edək ki, uşaqlıqda aparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır.