"Şəxsi həyatımı hər zaman qorumağa çalışıram" - Elçin
MAQAZİN
17:13 24.03.2025
295
"Biz tanınmış insanlarıq. Nə olursa hər sey ortadadır. Şəxsi həyat ilə bağlı mövzulardan qaçıram".
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Maqazin plus" verilişinə açıqlamasında müğənni Elçin Cəfərov deyib.
Sənətçi şəxsi həyatını açıq-aşkar dilləndirən insanları qınayıb:
"Bu mənim şəxsi məsələmdir. Şəxsi və özəl həyatımı isə hər zaman qorumağa çalişıram. Heç kimə məsləhət görmürəm şəxsi həyatını aşkara çıxarsın. Savaşmaq, dalaşmaq qətiyyən yaxşı bir şey deyil. O qədər əleyhinəyəm belə şeylərin. Əgər barış varsa dalaşmağın nə mənasıə, və nə xeyri ola bilər ki, insana? Ağıllı adam barışığa üstünlük verər, barışıq haqqında danışar. Xasiyyətim belədir. Mən iki nəfərin qucaqlaşmasından xoşbəxt olan insanam. Buna sevinirəm".