"Şeyx elə bilir ki, Azərbaycanda hər şey edə bilər, toxunulmazdır" - Partiya sədri

SOSİAL
16:11 25.07.2021
2934
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ötən gün bayram namazından sonra İranın dini lideri Ayətullah Əli Xameneyi ilə bağlı verdiyi açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Allahşükür Paşazadənin mediada yayımlanan açıqlamasında deyilir: "Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xameneyi həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin "Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Turan partiyasının sədri Cahandar Bayoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Şeyx elə bilir ki, Azərbaycanda hər şey edə bilər:

"Şeyxulislam Hacı Allahşükür Paşazadə Sovet dövründə Dini İşlər üzrə idarə rəisi təyin olunub. Azərbaycan müstəqillik qazanandan sonra son 30 ildə bu idarəyə rəhbərlik edib. Sovetlerin bu qurumunda ağalıq edib. 

İndi isə iş o mərhələyə gəlib ki, toxunulmaz Şeyx gerçəkdən elə bilir ki, o, Azərbaycanda hər şey edə bilər. Düşünür ki, ana yasanın üstündə olan bir adamdır. "Şeyx nə istəsə edə bilər, Şeyxə heç nə edilə bilməz" prinsipindən bu  fikir formalaşıb". 
 
"Şeyx elə bilir ki, Azərbaycanda hər şey edə bilər, toxunulmazdır"
 
Cahandar Bayoğlu onu da qeyd edib ki, şeyxin açıqlaması dini siyasətə gətirən bir davranışdır:

"Təbii ki, dediyim fikirlər, bu formalaşmış dünyagörüşü Şeyxin başını gicəlləndirib. Azərbaycan dövlətinə baş qaldırmağı belə özün şərəf bilib. Onun əməlləri və davranışları tamamilə din xadiminin davranışı deyil. Bu fikirlər dini siyasətə gətirən bir davranışdır. Buna görə də Azərbaycan cəmiyyətinin haqlı etirazları ortadadır. Təbii ki, Şeyxin bu addımları tək bizə yönəlməyib, bu dünya türklüyünə qarşı yönəlib, bu açıqlama ilə türk düşmənlərinin əlinə oynanılıb".
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı