Şeyx vəhabi və nurçulardan - DANIŞDI

Şeyx vəhabi və nurçulardan - DANIŞDI
Bütün Xəbərlər
11:53 13.05.2014
1003
“Axundlar, imamlar islamı elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda QMİ sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir: “İstər vəhhabi, istər nurçu, istər digər cərəyanlar olsun, dövlətçiliyə qarşı mübarizə aparanlara qarşı amansızlıqla mübarizə aparacağıq. Burada səfirlər də var, mən mövqeyimi açıq deyirəm. Azərbaycan dövlətçiliyi bizim üçün ən önəmlisidir”.
A. Paşazadə xatırladıb ki, 33 ildir şeyxülislamdır: “Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm”.
OXŞAR XƏBƏRLƏR