Şeyx özünə yeni müavin götürdü

SİYASƏT
13:04 12.07.2013
1439
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) yeni kadr təyinatı olub. Modern.az saytına daxil olan məlumata görə, QMİ sədri Allahşükür Paşazadə Hacı Fuad Nurullayevi özünə yeni müavin təyin edib. Bu barədə məlumatı Hacı Fuad Nurullayevin özü Modern.az-a təsdiq edib. 49 yaşında şeyxin müavini təyin olunan hacı Fuad Nurullayev yeni vəzifəsinin məsuliyyətli olduğunu deyib.“Dini sahədə hər hansı insan bir vəzifə daşıyırsa, o, böyük bir məsuliyyətə qol çəkmiş olur. Onu ki, bu vəzifəyə təyin ediblər, etibar ediblər, sabahkı gündə düşünməsin ki, insanlar arasınada hər hansı formada bu yükün altından çıxa biləcək. Belədə bilməlisən ki, həm xalq qarsısında məsuliyyətlisən, həm də sabahkı gündə qiyamət məhkəməsi var, axirət dünyası var. Sənin etdiyin əməllərə görə, axirət məhkəməsində də, Allahın, peyğəmbərin qarşısında cavabdehlik daşıyırsan. Ona görə də bunu gözləyirdim dedikdə belə bir ifadə var: vəzifə üçün çalışan insan var ki, bir insan üçün vəzifə ona çatır və o vəzifəyə həm yaşına, həm fəaliyyəti ilə layiqdir. Onu bu vəzifəyə layiq görürlər. Düşünürəm ki, mənə şeyxin müavinliyinin həvalə olunması şeyx həzrətlərinin mənə etibarından irəli gəlir”, - deyə Hacı Fuad qeyd edib.F.Nurullayevin sözlərinə görə, QMİ sədri yeni işində ona öz tapşırıqlarını verib:“Mənim 49 yaşım var. Şeyxin mənə etibarı xalqın mənə etibarı deməkdir. İnanıram ki, bu etibarı doğruldacağam. Xalqın qarşısında hesabat verməliyəm. Sabahkı gündə də Allah məhkəməsində”.Qeyd edək ki, hacı Fuad Nurullayev bu təyinatadək QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışırdı. Həmin vəzifəyə o, bu ilin yanvarında gətirilmişdi. Ondan öncə isə hacı Fuad Bakı İslam Universitetində dekan vəzifəsində çalışıb.Hacı Fuad Nurullayev həm də İctimai Televiziyada Yayım Şurasının üzvüdür.Fuad İzzət oğlu Nurullayev 1964-cü ilin sentyabr ayının 29-da Masallı rayonunda anadan olub. 1980-ci ildə Masallı rayon Mollaoba kənd məktəbini bitirib. 1989-cu ildə Qafqaz İslam Universitetinə daxil olub. 1994-cü ildə Universiteti bitirib. Həmin ildən Universitetdə müəllimlik fəaliyyətinə başlayıb. 2003-cü ildə BİU-ya (Bakı İslam Universiteti) dekan vəzifəsinə təyin edilib. 2013-cü il yanvarın 10-dan bu günədək Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR