Şeyxin deputat qudasından Hacı Şahinin olay yaradan fətvasına - REAKSİYA

Şeyxin deputat qudasından Hacı Şahinin olay yaradan fətvasına -  REAKSİYA
Bütün Xəbərlər
13:50 06.05.2014
2792

“Allah kişini kişi kimi, qadını isə qadın kimi yaradıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında, millət vəkili, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə söyləyib.

Millət vəkili vurğulayıb ki, hansısa bir kişinin cinsini dəyişməsi məsələsi dində çox böyük günahdır:

“Allah kişini kişi kimi, qadını isə qadın kimi yaradıb. O özü insanın cinsiyyətini ona verib və onu dünyaya göndərib. Kimsə gedib öz cinsini dəyişirsə, bu dində günahdır. Özü də çox böyük günahdır. Hacı Şahinin dediyi isə tamamilə əsassızdır”.

Xatırladaq ki, Azərbaycanda şiə təriqətinin tanınmış simalarından olan “Məşədi Dadaş“ məscidinin imam-camaatı Hacı Şahin Həsənli kişilərin cinsiyyətini dəyişməsi ilə bağlı ilginc fətva verib. Ruhani lider insanın cinsinin dəyişməsinin dini baxımdan yolverilən olduğunu bildirib.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR