Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO

Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO
SOSİAL
13:57 09.04.2026
1220
Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib.

AZXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib. K.Bektaşi bundan əvvəl "AzInTelecom" MMC-də departament direktoru vəzifəsində çalışıb. 

Qeyd edək ki, Məhəmməd Paşazadə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir. 
 

 


OXŞAR XƏBƏRLƏR