Şeyxin qudası ‘Hacı pivəsi’ndən danışdı - AÇIQLAMA

Şeyxin qudası ‘Hacı pivəsi’ndən danışdı - AÇIQLAMA
Bütün Xəbərlər
13:30 11.07.2014
2231

Hacı Qalib: “Bir şeydəki pivə adı varsa onu içmək günah sayılmalıdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə son günlər geniş müzakirəyə səbəb olan “Hacı pivəsini içmək günahdırmı?” sualına cavab verərkən söyləyib.

Qalib Salahzadə pivənin tərkibində spirt olduğunu və buna görə də onu içməyin günah olduğunu deyib:

“Mən 15 il bundan öncə ilk dəfə Həcc ziyarətində olmuşam. O gündən bu günə heç “Hacı pivəsi”də içməmişəm. Məncə bir şeydəki pivə adı varsa onu içmək günah sayılmalıdır. Mən pivəyə “Hacı pivəsi” adı verilməsinin də tərəfdarı deyiləm. Əgər bu pivədirsə onun tərkibində mütləq spirt olur. Əgər tərkibində spirt varsa deməli bu haramdır”.

Xatırladaq ki,  “Məşədi Dadaş” məscidinin imam camaatı, “Mənəvi dünya” ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli Aktual.az-a açıqlamasında “Hacı pivəsi”ni içməyin günah olmadığını demişdi.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR