Qaxda Gənclər və İdman Nazirliyi ilə “Profi-Az” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq sferik maarifləndirici filmlərin nümayişinə başlanıb.
Bu barədərayon Gənclər və İdman İdarəsindən məlumat verilib.Bildirilir ki, layihənin əsas məqsədi uşaq və gənclərin dünyagörüşlərinin artırılması, yay istirahətlərinin, asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin etməkdir.Qax şəhərindəki Nizami adına parkda quraşdırılan 2 sferik mobil kinoteatrda gün ərzində yüzlərlə uşaq, yeniyetmə və gənc elm aləminə virtual səyahət edib. Nümayişin iki gün davam etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, sferik kinoteatrın mobil sistemi dünyada ilk rəqəmsal tamgümbəzli proyeksiya sistemidir. Gələcəyin kinosu olan sferik kinonun nümayişi proyektorlar vasitəsi ilə 360 dərəcə baxış bucağı altında aparılır.Layihə çərçivəsində sferik filmlərin Zaqatala və Balakən tamaşaçılarına da nümayiş etdirilməsi nəzərdə tutulur.