'ShushaPost informasiya müharibəsində aparıcı resursa çevrilir' - Saytın növbəti təqdimatı keçirildi

GƏNCLİK
18:13 04.08.2016
2278

Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası(ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb.

Belə layihələrdən biri dəAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondununmaliyyə dəstəyi ilə reallaşan“Şuşaya doğru – ShushaPost.az”layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrindəShushaPost.az saytının təqdimatları reallaşıb.

“Şuşaya doğru – ShushaPost.az”növbəti təqdimatı Kürdəmir rayonunda keçirildi.

Tədbiri giriş sözü iləKürdəmir Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərliaçaraq ev sahibi kimi qonaqları salamladı və ölkədə həyata keçirilən Gənclər Proqramı çərçivəsində Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı xüsusi layihələrin reallaşdırıldığını dedi.

Daha sonraAzərbaycan-Slavyan Gəncləri Assosiasiyasının(ASGA) sədri Səbuhi Abbasovçıxış edərək layihənin məqsədindən danışdı: “Biz bugünə qədər bu istiqamətdə bir çox layihələr həyata keçirmişik. Lakin Dağlıq Qarabağ münaqişəsi ərafında baş verən prosesləri daha sistematik şəkildə və bir neçə dildə gənclərə çatdırmaq zərurətinin yarandığını əsas tutaraq “Şuşaya doğru – ShushaPost.az”layihə təklifiniAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etdik. Bizim təşəbbüsümüzü dəstəklədiyinə görə Fondun rəhbərliyinə və komissiya üzvlərinə təşəkkürümü bildirirəm”. Layihə çərçivəsində nəzərdə tutulan saytın artıq fəaliyyət göstərdiyini deyən S.Abbasov twitter və facebook-da xüsusi qrupların və haştagların yaradıldığını dedi: “Biz İKT-nin bütün mümkün imkanlarından istifadə edərək münaqişə ətrafında baş verən prosesləri dünya ictimaiyyətinə çatdıracağıq. Eyni zamanda layihəyə tövhə olaraq rus və ingilis dili versiyalarını istifadəyə verdik. ShushaPost informasiya müharibəsində aparıcı resursa çevrilir”

SonraAMEA Dilçilik İnstitutu Gənc alim və mütəxəssislər Şurasının sədri Cahid ismayıloğluçıxış edərək Şuşa ilə bağlı ölkədə bir sıra mühüm layihələrin həyata keçirildiyini bildirdi. O, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyindən danışdı.

Daha sonra insan hüquqları üzrə ekspert Əhməd Şahidov çıxış edərək Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində media qurumlarının əvəzsiz rola malik olduğunu dedi.

İqtisadçı ekspert Ceyhun Musayev isə çıxışında Azərbaycan torpaqlarının işğalı zamanı ölkəmizə dəyən maddi ziyanın beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyindən danışdı. C.Musayev, həmçinin, gənclərin informasiya savaşında aktivliyinin vacib olduğunu dedi.

Sonra layihə çərçivəsində internet mediada fəal olan bir sıra gənclərə sertifikatlar təqdim olundu.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"