Sibiqa və Fidan Qara dənizdə deeskalasiya səylərini müzakirə ediblər

Sibiqa və Fidan Qara dənizdə deeskalasiya səylərini müzakirə ediblər
DÜNYA
21:55 16.11.2026
94
Ukrayna və Türkiyənin xarici işlər nazirləri Andrey Sibiqa və Hakan Fidan Brüsseldə regionlararası təhlükəsizlik və qarşılıqlı əlaqə məsələləri üzrə XİN başçılarının ikinci görüşü çərçivəsində görüş keçiriblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sibiqa teleqram kanalında yazıb.

Qeyd edilib ki, tərəflər Qara dəniz regionunda təhlükəsizlik məsələlərini, eləcə də ikitərəfli razılaşmaları müzakirə ediblər.

"Mən Türkiyənin böyük Qara dəniz dövləti və sülh prosesində əsas vasitəçi kimi mühüm rolunu vurğuladım. Biz həmçinin dövlət başçılarımız Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın əldə etdiyi razılaşmaların icrasını, Qara dənizdə vəziyyətin deeskalasiyası istiqamətində səyləri, eləcə də Azad Ticarət Sazişi qüvvəyə mindikdən sonra ikitərəfli əməkdaşlığı və ticarətin inkişafını müzakirə etdik", - A.Sibiqa qeyd edib.

OXŞAR XƏBƏRLƏR