Silah gəzdirən və məktəbdən oğurluq edən şəxslər tutuldu - FOTO

Silah gəzdirən və məktəbdən oğurluq edən şəxslər tutuldu - FOTO
SOSİAL
10:36 01.04.2023
198

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu silah-sursat gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, şəhər ərazisində Elçin adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər də ağır cinayətlər törətdiyi üçün 8 dəfə məhkum olunmuş və ümumilikdə 28 il azadlıqdan məhrum edilmiş Yevlax rayon sakini Elçin Ocaqquliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən "Makarov” markalı tapança, silaha məxsus daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Həmin silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsinin müəyyən olunması məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində yerləşən orta məktəblərin birindən oğurluq edən Rövşən Kərimov saxlanılıb.

Araşdırma zamanı onun gecə saatlarında məktəbə daxil olaraq oradan 8 ədəd kompüter oğurladığı və kolluq ərazidə gizlətdiyi müəyyən edilib. Məqsədi isə bir neçə gün keçdikdən sonra onları satmaq və qazanc əldə etmək olub.

Ancaq R.Kərimov niyyətini sona qədər həyata keçirə bilməyib və oğurladıqları gizlətdiyi yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu