Silahlı qruplaşmalar Çinə gedən sərhəd qapısını ələ keçirdi

Silahlı qruplaşmalar Çinə gedən sərhəd qapısını ələ keçirdi
DÜNYA
11:54 20.12.2023
143
Myanmada silahlı qrupların Çinə gedən sərhəd qapısını ələ keçirdiyi iddia edilib.

AZXEBER.COM xarici KİV-ə istinadaən xəbər verir ki, Myanma mətbuatında yer alan xəbərlərə görə, sərhəd qapısı Myanma Milli Demokratik Alyans Ordusu (MNDAA), Buddist Arakan Ordusu və Ta'ang Milli Azadlıq Ordusu adı altında bir araya gələn silahlı qruplar tərəfindən ələ keçirilib.
 
Digər tərəfdən Taanq Milli Azadlıq Ordusu vilayətin iki şəhərinin ələ keçirildiyini iddia edib.

Laukkaing şəhəri Çin kibercinayətkar təşkilatlarının yerli silahlı qruplarla ortaq şəkildə onlayn fırıldaqçılıq fəaliyyətləri həyata keçirdiyi ərazi kimi tanınır.

Myanmanın ən böyük etnik silahlı qruplarından biri olan Birləşmiş Wa Dövlət Ordusu (UWSA) sentyabrın 9-da ölkədə kiber fırıldaqçılıq törətdiyi iddia edilən 1207 çinlini vətənə qaytarıb.

"Üç Qardaş Alyansı” indiyədək ordu qüvvələrinin 200-dən çox hərbi məntəqəsini və 5 sərhəd qapısını ələ keçirdiyi halda, alyansa bağlı silahlı qruplar qarşıdurmalarda yüzlərlə Myanma əsgərinin öldürüldüyünü iddia edir.

Myanmadakı münaqişələr sərhəd ticarətinə təsir etsə də, Çin sərhəd bölgələrində atəşkəsə çağırıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR