Silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
DÜNYA
23:08 07.11.2026
100
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb.

Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəli olan "Demokratik Qüvvələr Alyansı" (ADF) qruplaşmasının üzərinə qoyurlar.

Hücum edənlər bir neçə məhəlləyə basqın edib, 50-yə yaxın evi və ticarət obyektlərini yandırıb, aptekləri və tibb mərkəzlərini qarət edib, bundan sonra isə meşədə gizləniblər.

Bu, bir həftə ərzində ADF qruplaşması ilə əlaqələndirilən artıq ikinci hücumdur. Noyabrın 3-də silahlı şəxslər Lubero rayonundakı Maykenqu kəndinə də hücum etmişdilər.

OXŞAR XƏBƏRLƏR