Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi həbs edildi

Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi həbs edildi
Bütün Xəbərlər
10:20 06.01.2012
1579
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ həbs edilib. Ifadə vermək üçün dəvət edilən general məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. O, silahlı terror dəstələri yaratmaq və hakimiyyəti zorla devirmək cəhdlərində, eləcə də, hakim Ədalət və İnkişaf Partiyasını hörmətdən salmağa yönələn hərəkətlərdə şübhəli bilinir.
General İlkər Başbuğ 2010-cu ildə istefa verib.
Qeyd edək ki, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş şəxsin ilk həbs edilməsi faktıdır. İndiyədək Türkiyənin tarixində belə hadisəyə rast gəlinməmişdi.
OXŞAR XƏBƏRLƏR