FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə komandamız 2 pillə geriləyib və hazırda 386 xalla 90-cı pillədə qərarlaşıb.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 3-cü (-1), Şimali İrlandiya 32-ci (+4), Çexiya 43-cü (-3), Norveç 84-cü (-3), San Marino isə 202-ci (-1) pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Belfastda Şimali İrlandiyaya 0:4 hesabı ilə darmadağın olduğundan, bu geriləmə gözlənilirdi.
///Qaynarinfo.Az