Şimali Kiprdəki döyülən tələbəmizin – VİDEOSU

Şimali Kiprdəki döyülən tələbəmizin – VİDEOSU
Bütün Xəbərlər
15:42 18.04.2015
3888
Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində 300-dən çox azərbaycanlı tələbə etiraz aksiyası keçirib.
AZXEBER.COM xəbər verir ki, “Acı-Tatlı Aşk” adlı teatr oyunu üçün DAU Rauf Denktaş Konqres Mərkəzinə dəvət olunan erməni əsilli aktyor Aret Vartanyanın səhnəyə çıxmasından sonra tələbələr etiraz aksiyasına başlayıblar.
Aksiya zamanı polis zorakılığı xüsusilə diqqət çəkib. Polis azərbaycanlı tələbələrin üzərinə yeriyərək dəyənəklərlə onları zərərsizləşdirməyə çalışıblar. Nəticədə 50-dən çox tələbə saxlanılıb.
Aksiya zamanı bir tələbənin əlindən Azərbaycan bayrağı alınmaq istənilsə də, o bayrağı verməmək üçün bir xeyli polis tərəfindən zorakılğa məruz qalır.
Həmin videogörüntünü təqdim edirik:
OXŞAR XƏBƏRLƏR