Şimali Koreya BMT-nin ona qarşı sanksiyalarını tam şəkildə tətbiq etmək üçün hərəkətə keçən ABŞ, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 11 ölkəyə meydan oxuyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya lideri Kim Çün In açıqlama verib.
Belə ki, o bildirib ki, Şimali Koreyaya qarşı sanksiyaları təşviq edən düşmən qüvvələrinin qeyri-qanuni hərəkətləri ölkəmizin əks-müdafiə addımı atmasına səbəb olacaq və düşmənlər bunun əvəzini ağır ödəyəcəklər.
Şimali Koreya Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada, birliyin beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyən qeyri-qanuni bir təşkilat olduğu iddia edilib və düşmənin qüvvələrinin Şimali Koreyanın öz qanuni hüquqlarını həyata keçirməsinə mane olması ağılsız cəhddir.
Şimali Koreyanın özünə qarşı sanksiyaların ləğvi ilə bağlı heç bir tələbinin olmadığı xatırladılan bəyanatda, "ABŞ və tərəfdarlarının sanksiyalar bəhanəsi ilə ölkəmizin suverenliyini pozmaq cəhdlərini əsla görməzlikdən gəlməyəcəyik və onlara qarşı qətiyyətlə mübarizə aparacağıq” ifadələri işlədilib.
Mikayıl