Şimali Koreya əsgərlərinin qorxunc missiyası: Onlardan "dron yemi” kimi istifadə olunub

Şimali Koreya əsgərlərinin qorxunc missiyası: Onlardan "dron yemi” kimi istifadə olunub
DÜNYA
12:46 13.01.2025
313
Şimali Koreya əsgərlərinin Ukraynadakı döyüşlərdə Rusiya ordusu tərəfindən "dron yemi" kimi istifadə edildiyi üzə çıxıb.

AZXEBER.COM xəbər verir ki, bu tip şayiələrlə İngiltərənin "Daily Mail" nəşri araşdırma yazısı dərc edib.
 
Belə ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri tərəfindən əsir götürülən Şimali Koreya əsgərinin gündəliyində Pxenyan əsgərlərinin döyüş meydanında "dron yemi” kimi istifadə edildiyi üzə çıxıb. 

Qeyd edək ki, Şimali Koreya əsgərləri Ukrayna pilotsuz təyyarələrini çaşdırmaq üçün səngərlərdən çıxarılaraq düşmən atəşinə tutulub.

Əsgərin gündəliyində "Yem hərəkətsiz olduqda və dəqiqliklə vurulduqda pilotsuz təyyarə sabitlənir” yazılıb.
 
Gündəliyə müəllifin ailə həsrəti və dostları ilə keçirdiyi ad günü ilə bağlı xatirələri daxil edilib. 

Ukraynalı komandirlər bildiriblər ki, Şimali Koreya əsgərləri təkcə dron yemi kimi deyil, həm də insan mina detektoru kimi istifadə olunub.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Rusiya ordusuna dəstək üçün Ukraynada yerləşdirilən ən azı 300 Şimali Koreya əsgərinin həyatını itirdiyini və təxminən 2700 əsgərin yaralandığını açıqlayıb.
 
Şimali Koreyanın döyüş təcrübəsinin olmaması və əsgərlərin səmərəsiz döyüş taktikası itkilərin artmasına səbəb olub.

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreya lideri Kim Çen Ina mesaj göndərib ki, əgər o, Rusiyada saxlanılan ukraynalı məhbusların azad edilməsinə vasitəçilik etsə, yaralı Şimali Koreya əsgərləri öz ölkələrinə qaytarılacaq.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə