Şimali Koreya PUA-ları sınaqdan keçirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Simali Koreya Pilotsuz Hava Texnologiyaları Kompleksinə (UATC) bağlı institut və müəssisələrin istehsal etdiyi kamikadze PUA-lar sınaqdan keçirilib.
Sınaqlar zamanı müxtəlif təyinatlı PUA-ların təyin olunmuş marşrutlar üzrə uçduqdan sonra müxtəlif məsafələrdə istifadə olunaraq hədəfləri vurma qabiliyyəti yoxlanılıb.
Sınaqlarda iştirak edən Kim buradakı çıxışında dünyada PUA-ların innovativ texnologiya və hərbi imkanların əsas vasitəsi kimi istifadəsinə dair rəqabət getdikcə geniş vüsət aldığıı bildirib.
Kim irili-xırdalı münaqişələrdə PUA-ların istifadəsinin əsas hərbi zərurət olaraq ortaya çıxan bir tendensiya olduğunu bildirib.
Gülay