Şimali Koreya ABŞ-nin keçmiş danışıqlarla bağlı qiymətləndirmələrinə reaksiya verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kim Çen Inın bacısı Kim Yo Conq Vaşinqtonun ABŞ prezidenti Donald Trampın prezidentliyi dövründə Koreya yarımadasında sabitlik bərqərar etdiyi və Pxenyan hökumətinin hələ də ABŞ ilə dialoqa açıq olduğu barədə bəyanatlarına reaksiya verib.
Kim bu cür "birtərəfli qiymətləndirmələrə” heç bir məna vermədiyini bildirərək, Kim Çen In və Trampın görüşündən sonra ölkənin geosiyasi mühitinin köklü şəkildə dəyişdiyini qeyd edib.
"Nüvə silahı olan iki ölkə arasında qarşıdurma kursunun heç bir şəkildə tərəflərə faydalı olmayacağını” vurğulayan Kim, "Bu statusu inkar etmək cəhdi qəti şəkildə rədd ediləcək” dedi.
Kim Çen In və Trampın şəxsi münasibətlərinin pis olmadığını qeyd edən Kim, bu əlaqəni nüvəsizləşdirmə işinə xidmət kimi şərh etməyin qarşı tərəfi ələ salmaq olacağını müdafiə edib.
Kim bildirib ki, əgər ABŞ nüvə reallığını qəbul etməkdən imtina edərsə, potensial sammit sadəcə "ABŞ-ın ümidi” olaraq qalacaq.
Gülay