Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
DÜNYA
05:36 02.11.2026
228
Şimali Koreya nüvə potensialını sürətlə gücləndirmək siyasətini davam etdirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çen Si bəyan edib. Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin regionda hərbi fəallığını artırması Pxenyanın müdafiə siyasətinə təsir göstərməyəcək.

KCNA agentliyinin məlumatına görə, Kim Çen Si ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini tənqid edərək, bu manevrlərin Şimali Koreyaya qarşı mümkün nüvə zərbələrinə hazırlıq xarakteri daşıdığını iddia edib.

O vurğulayıb ki, Pxenyan dövlət suverenliyini qorumaq məqsədilə nüvə qüvvələrini gücləndirməyə davam edəcək və mümkün təhdidlərə cavab verməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR