Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycandadır

Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycandadır
Siyasət
08:38 17.06.2025
405
Şimali Makedoniyanın Parlament Assambleyasının sədri Afrim Qaşi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin deputatı Fazil Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.
OXŞAR XƏBƏRLƏR