Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı

Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
DÜNYA
18:37 16.03.2025
146
Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

"Report"un məlumatına görə, bunu Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Ölənlərdən 35-nin şəxsiyyəti müəyyən edilib, onlardan 31-i Koçani şəhərinin, 4-ü Ştip şəhərinin sakinləridir. Onların yaşları 14-27 arasındadır.

Yaralıların sayı 151 nəfərdir.

Şimali Makedoniya Səhiyyə Nazirliyinin məlumatına görə, uşaqlar da daxil olmaqla, 18 yaralının vəziyyəti ağırdır.

Bundan əvvəl 51 nəfərin öldüyü, 118 nəfərin yaralandığı bildirilirdi.
OXŞAR XƏBƏRLƏR