Simonyan: Paşinyanın Rusiyada erməni icması ilə görüşünü pozmaq istəyiblər

Simonyan: Paşinyanın Rusiyada erməni icması ilə görüşünü pozmaq istəyiblər
SİYASƏT
13:42 25.12.2025
97
Ermənistanın Baş nazir Nikol Paşinyanın Sankt-Peterburqa səfəri zamanı onun Rusiyadakı erməni icması ilə görüşünü pozmaq üçün cəhdlər olub.

Bu barədə Ermənistan mediası parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yayıb.

"Baş nazirin Rusiya Federasiyasına səfərinin və erməni icması ilə görüşünün uğursuz keçməsi üçün böyük səylər göstərildi. Lakin bu baş tutmadı və baş tutmayacaq”, - Simonyan sosial şəbəkədə yazıb. O, Paşinyana qarşı mitinqə dəvət olunmağa çalışıldığını iddia edilən bir abunəçi ilə yazışmanın şəklini də paylaşıb.
 
\APA
OXŞAR XƏBƏRLƏR