Aprelin 8-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə cari ildə ilk sınaq imtahanları keçirəcək.
TQDK-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, həmin imtahanlara yazılmaq istəyən abituriyentlər 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Ödəmə kartlarını “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan şəxslər də Komissiyanın internet saytından ödəmə etməklə əldə edə bilərlər. Bundan sonra onlar TQDK-ın internet saytından ödəmə kartının seriya nömrəsi və pin kodundan, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə sınaq imtahanlarına yazıla bilərlər.