Sınaq imtahanlarının vaxtı və yeri təyin oldu - Siyahı

GƏNCLİK
11:33 28.03.2014
1985

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bakalavrlar üçün sınaq imtahanlarına start verib

Komissiyanın mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, artıq ötən gündən etibarən sınaq imtahanlarına yazılış başlayıb. Ümumilikdə 4 əsas sınaq imtahanının keçirilməsi planlaşdırılır.
İlk sınaq imtahanı isə aprelin 6-da keçiriləcək. İkinci sınaq imtahanı aprelin 20-si, üçüncü aprelin 27-si, sonuncu imtahan isə iyunun 1-də keçiriləcək.
Məlumat üçün bildirək ki, TQDK hər il qəbul imtahanları ərəfəsində Bakı, Naxçıvan, Sumqayıt, həmçinin bölgə mərkəzlərində ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanları keçirir.

OXŞAR XƏBƏRLƏR