​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO

​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
SOSİAL
22:22 03.07.2026
259
İş yerində bədbəxt hadisə baş verərən zaman sığorta ödənişi ala biləcək şəxslərin dairəsi genişləndirilir.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumata görə, Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, artıq təkcə əmək müqaviləsi ilə çalışanlar deyil, könüllülük müqaviləsi əsasında fəaliyyət göstərənlər, təcrübə keçən tələbə və şagirdlər də bu mexanizmdən yararlana biləcəklər.

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyir ki, layihənin digər mühüm tərəfi sığorta ödənişinin hesablanma meyarı ilə bağlıdır. İndiyə qədər əsas yanaşma əmək qabiliyyətinin itirilməsi, yəni əlillik dərəcəsinin müəyyənləşməsi ilə bağlı idi.

Yeni mexanizmdə isə peşə əmək qabiliyyətinin itirilməsi də əsas götürüləcək. Bu isə o deməkdir ki, istehsalat hadisəsi nəticəsində sağlamlığına nisbətən daha az zərər dəyən şəxslər də sığorta təminatından kənarda qalmayacaqlar.

Dəyişikliklərin daha bir istiqaməti sığorta sisteminin maliyyə dayanıqlığını əhatə edir. Qanunda birdəfəlik sığorta ödənişləri üzrə maksimum hədd müəyyənləşdirilir. Bu məbləğ minimum aylıq əməkhaqqının min misli qədər olacaq.

Millət vəkili qeyd edib ki, təklif edilən dəyişikliklər həm sığorta olunan şəxslərin əhatə dairəsini artırır, həm də ödənişlərin daha aydın mexanizmlə hesablanmasını nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR