Siqaret və qadın

Siqaret və qadın
MARAQLI
16:31 16.07.2011
2190

Əsl həqiqətdə isə bunların hamısı bir bəhanə və siqaret isə iradə zəifliyinin bir nümunəsidir. Bəs görəsən bu bəhanələr qadınların-zərif məxluqların səhhəti üçün nə dərəcədə zərərlidir? Ümumiyyətlə, qadın-siqaret bir-birinə nə qədər uyğundur. Siqaretin bu gün dünyanın ən aktual problemlərindən olduğunu deyən allerqoloq Fəxri Hüseynov: “Alimlərin hesablamalarına görə, siqaretin tərkibində 4 minə qədər kimyəvi maddə var ki, bunların da əksəriyyəti insanların sağlamlığına zərər vuran konservogen maddələr- nikotin, qətran, karbon monooksid, sioniddir. Bunlar sinir, ürək qan-damar və həzm sisteminə mənfi təsir edən maddələrdir. İstənilən bir adamın venasına bir dəfəyə 100-120 milliqram nikotin vursaq, orada da ölər. İki qutu siqaretdə də bu qədər nikotin var, bəs niyə insanları öldürmür? Çünki bu tədricən qəbul olunur və təsiri də tədricən özünü göstərir. Siqaret tənəffüs sistemində xroniki bronxit, ağciyər və qırtlaq xərçəngi yaradan əsas səbəblərdəndir, ürək - damar sisteminə mənfi təsir edir. Ürək qidalandıran damarlarda spazmalar siqaret çəkən adamlarda çəkməyənlərə nisbətən 10 dəfə müşahidə olunur. Bu həmçinin əl –ayaq damarlarında tıxanmalara gətirib çıxarır ki, bu da aşağı ətraflarda işemiyanın yaranmasına səbəb olur”.

Hamilə qadın siqaret çəkirsə doğulacaq uşaq da narkomaniyaya meylli olur. Ginekoloq Sevinc Şirinova deyir: “Kimin çəkməsindən asılı olmayaraq evdə siqaret çəkilirsə tüstü əşyalara hopur və evdəkilərin hamısını zəhərləyir. Hamilə qadın siqaret çəkərkən nikotin qanla uşağın da bədəninə keçir və həmin uşağın daxili və xarici orqanlarında bir sıra problemlər yaranır. Xüsusən də xarici görünüşü eybəcər forma alır. Həmin uşaqlar normal inkişaf etmir, cılız olur, bəzən inkişafdan qalır. Ürək-damar sistemində pozğunluq əmələ gələ bilər. Hətta ilk illərdə hər şey normal görünsə də sonradan bir sıra problemlər yarana bilər.”

Siqaretin təsirlərinə görə qadınlarla kişilər arasında hansı fərqlər var? Siqaretin ziyanı kişilərə nisbətən qadınlarda 2 dəfə çoxdur” deyən Fəxri həkim bildirdi ki, İngilis alimləri araşdırma aparıblar və məlum olub ki, kişilər gündə 130 qram spirtli içki qəbul edəndə serroz yaranırsa, qadınlarda bu 54 qramdır. Qadınların daha az ziyanlı olduğunu əsaslandıraraq mentollu siqareti üstün tutmalarına gəlincə həkim deyir: “Bu yalnış bir düşüncədir ki, mentollu siqaret daha az ziyanlıdır. Əksinə mentollu siqaret daha çox ziyanlıdır. Çünki bunda acılığın az və xüsusi sərinləşdirici effekti olduğundan qadınlar tüstünü daha çox ciyərlərində saxlayırlar, bu da əlbəttə ki, zərəri daha da artırır.”

Qadınların, xüsusən də, hamilə qadınların siqaret çəkməsi daha çox ziyandır. Fəxri həkim deyir:”Hamiləliyin ilk aylarında siqaret çəkən qadınlarda ölü övlad doğulması halları daha da artır. Həmçinin həmin qadınların uşaqları əsasən azçəkili olur. Südvermə dövründə də nikotin rahatlıqla uşağa keçə bilər.”

Bəs həmcinsləri siqaret çəkən qadınlar haqqında nə düşünür? Bunu öyrənmək üçün paytaxt sakinləri arasında kiçik bir sorğu keçirdik.

Nailə Həsənova: “Bu həm ciblərinə, həm də sağlamlıqlarına ziyandır. Həm də qadına yaraşmayan bir xüsusiyyətdir. Bu həmçinin əxlaq baxımından da uşağı üçün ziyandır. Qadın kişi ilə diz-dizə oturub siqaret çəkirsə onda kişi ilə qadın arasında nə fərq oldu?”
Gülnar Babayeva:” Bir çox Avropa ölkələrində buna normal hal kimi baxılsa da bizim cəmiyyətdə etiket qaydalarına yaraşmayan bir hal kimi qarşılanır. Etiket qaydaları bir tərəfə qadın anadır, dünyaya övlad gətirmək Allah tərəfindən ona həvalə olunub. O düşünməlidir ki, siqaret çəkmək onun özündən başqa övladına da ziyandır. Həmçinin siqaret qadının səsini kobudlaşdırır, dişləri saralır, ağızdan pis qoxu gəlir, ən əsası, ciyərlərinə ziyandır, bütün bunlar da onun həm gözəlliyinə, həm də sağlamlığına xələl gətirir. Düşünürəm ki, belə davam etsə, siqaret çəkmək dəb kimi qəbul olunub kütləviləşə bilər. Bunun da qarşısını almaq üçün siqaretin zərərləri haqqında maarifləndirmə işi aparılmalı, bu təbliğat formasını almalıdır.”

Arzu Həsənova: “Mən siqaret çəkən qadınlardan niyə çəkdiklərini soruşanda onlar bildiriblər ki, arıqlamaq üçün çəkirik. Amma hansı məqsədlə olsa belə mən buna normal hal kimi baxmıram.”
“Gözəl görünmək istəyən qadın siqaret çəkməməlidir” - deyən Afaq xanım bildirdi ki, bu zaman əldə, üzdə qırışlar əmələ gəlir, saçlar tökülür, barmaqlar kobudlaşır. Düşünürəm gözəl və sağlam görünmək istəyən xanımlar siqaretdən uzaq durmalıdırlar.

Tahirə xanım deyir: ”Siqaret qadının zərifliyinə və incəliyinə yaraşmır. Siqaret kişilər üçündür, qadın üçün yox.”

Qadını ailənin simvolu hesab edən Samirə xanım deyir: “Qadın ailənin tərbiyə ocağıdır. Siqaret çəkən qadından kim nə tərbiyə götürə bilər.”

Yasəmən xanım isə deyir ki, siqaret Azərbaycan qadınına xas olmayan bir şeydir. Kişilər niyə tez dünyasını dəyişir, əlbəttə, siqaret çəkdiyinə görə. Qadın siqaret çəkincə ölsə daha yaxşıdır.

Sədaqət xanım deyir: “Mən ümumiyyətlə qadının barmaqları arasında siqaret təsəvvür etmirəm. Bəziləri dəb üçün, bəziləri müasir görünmək üçün və s. məqsədlələ çəkir. Amma hansı məqsədlə olmasından asılı olmayaraq mən buna normal hal kimi yanaşa bilmirəm.”
Fəxri həkim deyir: “Gündə bir qutu siqaret çəkən adam, hər gündə 1.5 saat ömrünü qısaldır. 2011-ci ilin son hesablamalarına görə, dünyada hər il 5 milyon insan siqaretin fəsadları- ağciyər, qırtlaq xərçəngi və bu kimi xəstəliklərdən dünyasını dəyişir. Bu sürətlə davam etsə 2020- ci ildə bu rəqəm 8 milyona çatacaq”.

Belə qənaətə gəlmək olar ki, siqaret nəinki Azərbaycan, ümumiyyətlə qadına yaraşmayan təhlükəli bir vasitədir. Qadın gözəlliyinə, saflığına, etikasına heç də uyğun gəlmir. Bundan başqa bütün deyilən fəsadlar siqaretin nə qədər ciddi bir problem olduğunu düşünməyə əsas verir. Bu qadın - kişi fərq qoymadan öldürücü təsirə malik bir silahdır. Həm özünüzün, həm də övladlarınızın sağlam gələcəyi üçün siqaretdən uzaq olun.

“Olaylar” qəzeti

 

OXŞAR XƏBƏRLƏR