Siqaret və spirtli içkilərin qiyməti yenə bahalaşdı - Artıma səbəb nədir?

ÖZƏL
14:07 08.01.2024
1378
Xəbər verdiyimiz kimi, yanvarın 1-dən Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
 
Belə ki, qiymət artımından sonra siqaretlərin satışında 20-50 qəpik, spirtli içkilərin satışında isə 80 qəpik-1 manat arası artım müşahidə edilir.
 
Bəs siqaret və alkoqollu içkilərin qiymətinin artması bazar iqtisadiyyatına necə təsir göstərəcək?
 
Görəsən, yenidən artım gözlənilirmi?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, tütün və spirtli içkilərin qiymətinin artmasının əsas səbəbi aksiz ödənişlərinin artmasıdır:

 

"Siqaret və alkoqollu içkilərin qiymətinin qalxmasının əsas səbəbi hazırkı dönəmdə aksiz ödənişlərinin artmasından qaynaqlanır. Bu da hesab edirəm ki, bu ilin birinci yarısına qədər növbəti artımların olacağını gözləmirəm. Gələcəkdəki qərarlarda növbəti artım müşahidə edilərsə, təbii ki, o zaman bu hal siqaretin və alkoqollu içkilərin də qiymətinə təsir göstərəcəkdir".
 
Ekspert quzu ətinin qiymətinin artması məsələsinə də toxunaraq otlaq sahələrinin azalmasının buna zərurət yaratdığını dilə gətirib:
 
"Biz ətin qiymətinin artması məsələsinə baxsaq, görərik ki, başlıca səbəb ölkədəki otlaq sahələrinin azalmasıdır. 2001-ci ildə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin 56,5 faizi örüş və biçin üçün idi, 21 il sonra, 2022-ci ildə isə artıq 50,5 faizə düşüb. 250 min hektar azalma var. Rəqəmlərə baxanda 2001-ci ildə 2 milyon 683 min hektar, 2022-ci ildə isə bu rəqəm azalaraq 2 milyon 415 min hektar olub. Yəni göründüyü kimi 265 mindən hektar torpaq sahəsində azalma müşahidə edilib. Bu da yeni məhsulların yetişdirilməsi üçün problemlər yaradır. Su çatışmazlığı, iqlim, su resurslarının qeyri-bərabər bölgüsü və s. kimi faktorlar məhsulların qiymətlərini artırır. Gübrənin idxal olunması yem məhsullarının qiymətinin artımına gətirib çıxardır. Bütün bu proseslər də birmənalı formada ətə təsir göstərir. Hazırkı vəziyyətdə bundan yeganə çıxış yolu intensiv maldarlığın daha sürətlə inkişaf etdirilməsidir. Gələcək birmənalı olaraq minimum ərazidə maksimum məhsul yetişdirənlərindir. Biz torpağın hər qarışından daha səmərəli istifadə etməyə çalışmalıyıq. Əks halda qiymət artımlarının davamlı olması qaçılmazdır".
 
Qiymət artımlarıyla bağlı AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, ölkədə siqaret və spirtli içkilərin qiymətinin artması böyük etirazlara səbəb olmur:

 

"Siqaret və spirtli içkilərin qiymətinin artmasının səbəbi vergilərin, aksiz dərəcələrinin yüksəlməsidir. Artıq demək olar ki, hər il bu artım görünür. Nəticədə, siqaret və alkoqollu içkilərin qiyməti artır. Hökumət bu məsələdə çox rahat davranır. Çünki bu sosial məsələ deyil deyə etirazlara da səbəb olmur. Ancaq paralel olaraq ərzaq məhsullarının qiyməti qalxır, bunun səbəbləri fərqlidir. Əsas səbəblərdən biri odur ki, Azərbaycanın ərzaq məhsullarındakı qiymətləri hələ də 70-75 faiz xaricdən asılıdır. Təbii ki, Azərbaycana xaricdəki ərzaq mallarının qiymətləri də təsir göstərir. Digər səbəb budur ki, Azərbaycanda pis bir ənənə var. Yeni il qabağından Novruz bayramına qədər qiymət artımı sürətlənir, aprel-may aylarında bu tendensiya səngiyir, yay aylarında isə dayanır. Hətta bəzi hallarda defilasiya (qiymət artımı nəzərə çarpmır) da olur. Yenidən noyabrdan başlayaraq eyni alqoritm işə düşür. Baxın, bu pis ənənəni aradan qaldırmaq lazımdır".
 
İqtisadçı quzu ətinin də bahalaşmasına işarə edərək problemi mal-qaranın azlığında görür:
 
"Azərbaycanda xırda buynuzlu mal-qaranın sayı azalıb. Nəticə etibarilə, bizdə buna tələbatın artdığını, əhalinin, ölkəyə gələnlərin sayının da artdığını nəzərə alsaq, sözügedən sahədə qiymət artımı müşahidə olunur", - deyə ekspert fikirlərini yekunlaşdırıb.
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq