Ağstafa rayon sakini siqaret yandırmaq istəyərkən alışqan partlayıb.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, Ağstafa şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin İsmayılov hər iki əlin və üz nahiyəsinin termiki yanığı xəsarəti ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Məlumata görə, E.İsmayılov yaşadığı evin ayaqyolunda siqaret yandırmaq istəyərkən anidən alışqan əlində partlayıb və yanıq xəsarəti alıb.