Şirkət direktoru Rusiya vətəndaşını zorlamaqda ittiham olunur

Şirkət direktoru Rusiya vətəndaşını zorlamaqda ittiham olunur
Bütün Xəbərlər
14:36 20.05.2013
1295

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda Rusiya vətəndaşı İrina Bazaronun zorlanması barədə məlumat yayıb.

AZXEBER.COM-un məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Səbail rayon prokurorluğuna İrina Bazaronun “Grand House” firmasının rəhbəri Məcid Məcidov tərəfindən zorlanması barədə şikayət ərizəsi daxil olub.Təhqiqat nəticəsində müəyyən olunub ki, M.Məcidov mayın 10-da İ.Bazaro ilə Üzeyir Hacıbəyov, 27 küçəsindəki mənzilin 10 günlük kirayəsi barədə müqavilə imzalayıb. Mayın 11-də səhər saat 5 radələrində M.Məcidov öz açarlarından istifadə edərək mənzilə daxil olub və İ.Bazaronu zorlayıb.Fakt üzrə Səbail rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 maddəsi ilə (Zorlama) cinayət işi açılıb. Məhkəmə-bioloji və məhkəmə tibbi ekspertizaları təyin edilib, hadisə yerinə baxış həyata keçirilib və s. Məhkəmənin qərarı ilə Məcidov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 149.1 (Zorlama) və 157.3 (Yaşayış yerinin toxunulmazlığının pozulması) maddələri üzrə ittiham irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR