Bakının Babək prospektində fəaliyyət göstərən “Val-Mart” MMC İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu şirkətə qarşı kəsdiyi cəzanın ləğv olunmasını istəyir. Şirkət bununla bağlı apelyasiya şikayəti verib.
Belə ki, İqtisadi İnkişaf Nazirliyi “Val-Mart” MMC-yə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyini aşkarlayıb. Buna görə də müddəti ötmüş malları satışdan çıxararaq məhv edib və “Val-Mart” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən cərimələyib.
MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq./Hüquq.TV/