“Sirlər Xəzinəsi” intellektual müsabiqəsi başlayır!

GƏNCLİK
16:26 16.03.2021
1042
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu "GəncApp” mobil tətbiqi üzərindən "Sirlər Xəzinəsi” adlı intellektual müsabiqəyə start verir.

İl ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir.

Elan edilən müsabiqə "GəncApp” mobil tətbiqi vasitəsilə həyata keçirilərək və 16-29 yaş arası bütün gəncləri əhatə edəcək. İlk müsabiqə 17-21 mart tarixlərini əhatə edəcək. Beş gün davam etməsi planlaşdırılan müsabiqədə hər gün tətbiq üzərindən bir sual bildiriş vasitəsilə iştirakçılara göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan üç gənc qalib seçilərək mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək üçün "GəncApp” mobil tətbiqini həm Android, həm də iOS əməliyyat sistemli mobil telefonlara yükləyə bilərsiniz.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Nizami Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar, sosial media alətləri vasitəsilə təbliği məqsədilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR