Şirvan şəhərində baş vermiş silahlı insidentin təfərrüatları məlum oldu

Şirvan şəhərində baş vermiş silahlı insidentin təfərrüatları məlum oldu
MAQAZİN
14:07 19.03.2013
1520
Şirvan şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatları açıqlanıb. Şirvan şəhər Prokurorluğunun böyük prokuror köməkçisi Tural Qəhrəmanov jurnalistlərə açıqlamasında bildirib ki, martın 18-də saat 18.45 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinin İcra Nümayəndəliyinin qarşısında Şirvan sakinləri Abdullayev Əlvan Eldar oğlu ilə Davud və Zaur Aşurov qardaşları, onların yeznəsi Nağdəliyev Yasər Səyyad oğlu arasında dava olub. Bundan sonra Əlvan Abdullayev qardaşı Rəşad Abdullayevi hadisə yerinə çağırıb. Münaqişə 19.30 radələrində Şirvan şəhəri H.Zərdabi küçəsi 1 saylı evin qarşısında davam etdirilib. Münaqişə zamanı Əlvan Abdullayev hələlik istintaqa məlum olmayan ov tüfəngi ilə iki dəfə atəş açaraq Zaur Aşurovu öldürüb.Abdullayev Əlvan Eldar oğlu şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Hadisəyə tərəflər arasında şəxsi münasibətlər zəminində uzun müddətdir davam edən ədavətin səbəb olduğu bildirilib. Eyni zamanda istintaq tərəfindən münaqişəyə səbəb olan müxtəlif versiyalar da araşdırılır. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.Qeyd olunub ki, digər şəxslər - Şirvan şəhər sakinləri - 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yasər Səyyad oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğlu ov tüfəngindən açılan atəş nəticəsində müxtəlif bədən xəsarətləri, o cümlədən qırma yaraları və küt alət zədələri ilə Şirvan şəhər Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdiriliblər.Daxili İşlər Nazirliyinin saytında da Şirvan şəhərində baş verən silahlı insident barədə məlumat yerləşdirilib. Nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 18-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində, qəsəbə sakinləri, əvvəllər məhkum olunan Əlvan Abdullayev, onun qardaşı Rəşad, Zaur Aşurov, onun qardaşı Davud və Salyan rayon sakini Yasər Nağdəliyev arasında münaqişə baş verib. Bu zaman Rəşad, Davud və Y. Nağdəliyev biri-birilərini döydüklərindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Ə.Abdullayev isə ov tüfəngindən atəş açaraq Z.Aşurovu qətlə yetirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək