Şirvanda 13 yaşlı qız 3-cü mərtəbədən yıxıldı

Şirvanda 13 yaşlı qız 3-cü mərtəbədən yıxıldı
SOSİAL
11:59 25.09.2022
256

Şirvanda 13 yaşlı qız binanın 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə Şirvan şəhəri N.Nərimanov küçəsində qeydə alınıb.

Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Haqverdiyeva Aydan Aydın qızı kirayə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Aydan Haqverdiyeva ağır xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Apa
OXŞAR XƏBƏRLƏR