Şirvanda mikroavtobusun vurduğu 32 yaşlı kişi yolda öldü

Şirvanda mikroavtobusun vurduğu 32 yaşlı kişi yolda öldü
SOSİAL
10:18 21.03.2021
317

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Elxan oğlu yolu keçmək istəyən zaman onu mikroavtobus vurub.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR