Şirvandakı hərbi zavodda baş verən partlayışların VİDEOSU
SOSİAL
12:37 27.07.2016
1235
Dünən saat 16 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" adlı hərbi zavodunun saxlancında baş verən partlayışın görüntülərinə dair həvəskar videoçəkilişlər yayılıb. Musavat.com həmin çəkilişlərdən birini təqdim edir. Videoda ard-arda partlayan mərmilərin havaya uçuşduğu və insanların bu mənzərədən ciddi təlaş keçirdikləri görünür.