Şirvandakı partlayışla bağlı son durum - Rəsmi açıqlama

SOSİAL
16:45 27.07.2016
1477
Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodu və onun ətrafı tam nəzarətə götürülüb.
Bu barədə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev məlumat verib. O bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları hadisə yerindədir: “Hər şey sakitləşdirilib. Əhali arasında təlaş yatırılıb. Partlayış zamanı qorxan insanlarla bağlı profilaktik tədbirlər gürülüb. Hazırda aidiyyatı qurumlar bu işlə məşğuldur”.
V.Əliyev qeyd edib ki, partlayış zamanı zavodun ətrafında olan evlərə ziyan dəyməyib. İcra hakimiyyətinin sözcüsü onu da əlavə edib ki, hadisə zamanı yaralanıb Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr də nəzarət altındadır.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR