Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA

Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
SOSİAL
15:32 21.07.2026
507
Azərbaycanda məktəbəqədər təhsil sahəsində tətbiq olunacaq dövlət–özəl–valideyn əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli müəyyən tələblərə cavab verən özəl məktəbəqədər təhsil müəssisələrini əhatə edəcək. 

Bəs hansı özəl məktəbəqədər təhsil müəssisələri bu modeldən yararlana biləcək? Proqramda iştirak üçün hansı tələblər mövcuddur? 

Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, məktəbəqədər təhsil sahəsində dövlət–özəl–valideyn əməkdaşlığı modeli çərçivəsində həyata keçiriləcək yeni mexanizmdən yalnız müəyyən tələblərə cavab verən özəl məktəbəqədər təhsil müəssisələri yararlana biləcək. 

Bunun üçün özəl məktəbəqədər təhsil müəssisəsinin müvafiq lisenziyaya malik olması, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulması və uşaq qəbulunu https://www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparması əsas şərtlərdəndir. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.

"Bu baxımdan, özəl məktəbəqədər təhsil müəssisələrini qeyd olunan tələbləri təmin etməyə və proqramda iştirak üçün zəruri addımları vaxtında atmağa dəvət edirik. Bu həm dövlət dəstəyindən faydalanmağa, həm də daha çox ailənin məktəbəqədər təhsilə çıxışına töhfə verməyə imkan yaradacaq", – deyə nazirlikdən bildirilib.

Lisenziyası olan özəl məktəbəqədər təhsil müəssisələrinin müvafiq siyahısı ilə buradan (https://edu.gov.az/uploads/mektebeqeder/2026/ozel-bagcalar.pdf ) tanış ola bilərsiniz.

Lisenziyası olan, lakin MTİS-də olmayan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısını təqdim edirik:
1.    "Yeni Nəsil" körpələr evi–uşaq bağçası
2.    "Təkamül" körpələr evi–uşaq bağçası
3.    "Cırtdan" uşaq bağçası
4.    "Happy Babies" uşaq bağçası
5.    "Sehrli Aləm" körpələr evi–uşaq bağçası
6.    "Little Angels körpələr evi–uşaq bağçası" MMC
7.    "Happy Kids" uşaq bağçası
8.    "Yelləncək körpələr evi–uşaq bağçası" MMC
9.    "DEKOT PACT körpələr evi–uşaq bağçası" MMC
10.    "Bambini körpələr evi–uşaq bağçası" MMC
11.    "Sladkiy Kolobok körpələr evi–uşaq bağçası" MMC
12.    "Şəkərim körpələr evi–uşaq bağçası" MMC
13.    "Kinderville körpələr evi–uşaq bağçası" MMC
14.    "M-Kids körpələr evi–uşaq bağçası" MMC
15.    "Fidan uşaq bağçası" MMC
16.    "Happy Hands uşaq bağçası" MMC
17.    "Banuçiçək körpələr evi–uşaq bağçası" MMC
18.    "Sfera 2021" MMC
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı