Şıxlinskinin oğlu həbsdə qaldı

Şıxlinskinin oğlu həbsdə qaldı
SİYASƏT
12:44 30.07.2025
201

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində çıxarılmış həbs qərarı qüvvədə saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Şıxlinskinin vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sverdlovsk Vilayət Məhkəməsi əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq.

Qeyd edək ki, barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilən M.Şıxlinski "dövlət məmuruna qarşı zorakılıq” ittihamı ilə sentyabrın 14-dək İstintaq təcridxanasına göndərilmişdi.

 

OXŞAR XƏBƏRLƏR