Siyasi əxlaqsızlığı həyat tərzi seçən gənclər

Siyasi əxlaqsızlığı həyat tərzi seçən gənclər
Bütün Xəbərlər
17:01 22.04.2013
4443

Cavid SüleymanovAzərbaycanda internet resurlarının inkişafından irəli gələrək son illərdə sosial şəbəkələrə giriş sayı da artıb. Artıq ölkəmizdə gənclərin böyük əksəriyyətinin “Facebook” sosial şəbəkəsində hesabları var.Sosial şəbəkələrdə gənclərin aktiv olması, internet resurlarından geniş istifadə edilməsi təqdirəlayiq hal olsa da , əfsuslar olsun ki, bu azadlıqdan sui-istifadə edən gənclər də az deyil. Perspektivi olmayan, dünyagörüşü, təhsil səviyyəsi az olan gənclər qrupu var ki ,“Facebook” sosial şəbəkəsində ölkənin hakim dairələrini, savadlı gənclərini təhqir etməklə məşğuldurlar. Həmçinin belə gənclər öz mənəviyyatlarını tək sosial şəbəkələrdə yox, hər yerdə göstərirlər. Öz ideyalarını maddi maraqlara qurban verən gənclər bu işdə daha fəaldırlar. Özlərini antimental hesab edərək, ictimaiyyət arasında hər cür ədəbsizlik nümayiş edirlər. Şüarları isə : Biz Gəlirik! Biz Azadıq! Biz Demokratıq! Onların sərgilədikləri hər şey “Plagiat”dır. Bu yaxınlarda məlum oldu ki, NİDA Vətəndaş Hərəkatı Yuqoslaviyanın "Otpor" təşkilatı kimi formalaşmaq istəyir. Onların çəkdikləri tanıtım videosundan, dününcə tərzlərindən bu acıq-aydın bilinir. Müxalifətin seçim oncəsi oyununa gələn bu gənclər icazəsiz aksiya təşkil edib öz gərəksiz istəklərini qanun pozuntusuyla nümayiş etdirirlər. Təşkil etdikləri mitinqlərə gəlməyənləri qorxaq, yaltaq, cəsarətsiz adlandırıb, özlərini vətənini düşünən, vicdanlı görən bu gənclərin Amerika Milli Demokratiya İnstitutu tərəfindən maliyyələşdirildiyi üzə çıxdı. Bu insanlar bütün günü azadlıqdan danışır, əslində isə onları Azərbaycanın heç bir uğuru sevindirmir, yalnız neqativ hadisələrə münasibət bildirir, hakimiyyəti və dövləti təhqir etməklə fərqlənmək istəyirlər. Özləri demokratiyadan, insane hüquqlarından danışsalar da, əslində özləri başqalarının hüquqlarını pozmaqla məşğuldurlar. Bu gənclərə kiçik bir xatırlatma etmək istərdim. Nümunə göstərdikləri Avropada icazəsiz mitinqlər hər zaman su şırnağından istifadə edilərək dağıdılır, polis insanların üstünə it buraxır, onları vəhşicəsinə döyür. Ancaq çox maraqlıdır ki, bu gənclər belə şeyləri görmək istəmirlər. “Əsgər Ölümünə Son” adı altında, kütləvi etiraz aksiyasi keçirib, onu siyasiləşdirən müxalifət xalqın ən həssas nöqtəsini əlində bayraq edərək, ölkədə xaos, anarxiya yaratmaq istədi. Etiraz aksiyasına tək NİDA-çılar yox, vicdanlı insanlar da qatılmışdı. Amma çox təəsüf ki, müxalifətin oyununa gələn bu insanlar sonradan dərk etdilər ki, bu əsgər ölümünə qarşı aksiya yox, sadəcə siyasi bir şou idi. Konstutusiyamızın azad toplaşmaq hüququnu dərk etməyən və ya əməl etməyən səriştəsiz müxalifət liderləri seçkilərdə illərdir uğursuzluqlarına görə düşən hörmətlərini bu cür həssas mövzularda keçirdikləri aksiyalarla xalqa özünü vicdanlı, onları düşünən göstərmək istəyirdi. Hələ xaricdə kef edən, ölkədən qaçan bir qrup gənc var ki, onlar da xalqın balasını qırğın vermək marağındadır. Azərbaycandaki hadisələrə öz münasibətlərini bildirən məhşur müxalif simalar sosial şəbəkələr vasitəsi ilə, öz çağırışları ilə xalqı meydana toplamaq amma özləri internetdən izləyən insanlara heç bir sağlam düşüncəli insan inanmaz. Sonda qeyd edim ki, mənim yanaşmama görə o aksiyada günah polisdə yox, əsgər anasını ora çıxarıb, meydanda tək qoyan, evində oturub bəyanat yayan müxalifət liderlərindədir. Çünki polis orada öz işini görməklə məşğuldur, əgər aksiya icazəli olsaydı o zaman polisi qınamaq olardı. Və bir şeyi də qeyd edim ki, NİDA-ya artıq nöqtə qoyulmaq üzrədir. Artıq onların ətrafında sayılacaq qədər az adam qalıb. Heç bir xeyirli, maarifləndirici tədbir keçirməyən, layihə etməyən, gənclərə dəstək olmayan, onları qabağa verib arxasında durmayan insanlara inananlar günü-gündən azalır. Bu adamların işi yalnız sosial şəbəkələrdə uğurlu insanları təhqir etmək, küçə qızlarını öz aralarına çəkmək, şəhərə əlində pivəylə çıxmaq, içkili halda heykəllərə hücum etmək, bir sözlə avara həyatı sürməkdir. Bu gənclərə xatırlatmaq istərdim ki, əgər icazəsiz aksiyaya çıxıb qışqırmaqla demokrat olmaq olursa, eşşəkdən yaxşı demokrat olmazdı. Ölkədə hökm sürən əmin-amanlığı, hərtərəfli inkişafı görməyən bu gənclər etdikləri əməllərlə Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı çıxırlar. Ancaq siyasi əxlaqsızlığı özünə həyat tərzi seçənlər əmin olsun ki, onların qarşısına hər zaman bizim kimi sağlam gənclər çıxacaq.

OXŞAR XƏBƏRLƏR